“Bakı-Tblisi-Qars” Naxçıvana kimi uzadıla və bu bölgə blokadadan qurtula bilər” – DEPUTAT

“Bakı -Tbilisi-Qars dəmiryolu xəttinin möhtəşəm və təntənəli rəsmi açılış mərasimi müasir tariximizə qızıl hərflərlə həkk olundu. Üstündən bir sutka ötsə də, hələ də həmin tarixi anların xoş təsiri altındayıq. Həmin anları da sözlə ifadə etmək çətindir, söz burada aciz qalır…”

Bunu Etikxeber.az-a açıqlamasında  professor, millət vəkili Eldar İbrahimov deyib.

qars

Mətbuata dünənki açıqlamamda da bu hadisəni tarxi hadisə,bu möhtəşəm layihəni tarixi-beynəlxalq əhəmiyyətli layihə kimi qiymətləndirmişəm. Kimsə də bunun əksini iddia edə bilməz. Bu layihə həm  Azərbaycanımıza, həm yerləşdiyimiz regiona, həm də bütövlükdə dünyamıza öz töhfələrini verəcək- istər iqtisadi, istərsə də siyasi-təhlikəsizlik baxımından. Bu layihə, onun reallaşdırılması və icrası nəinki Azərbaycanın, həmçinin bölgənin və bu prosesə maraq göstərən, bu layihəyə qoşulmaq niyyətində olan dünya ölkələrinin inkişafında, sabitliyin təmin ediliməsi və təhlükəsizliyin davamlılığında mühüm rol oynayacaq”-deyən millət vəkili bu yerdə bir vacib məqama da diqqət çəkib.

qars-1

“Bildiyiniz kimi, az qala 30 ilə yaxındır davam Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətindədir. On illərdir Naxçıvan bölgəsi və naxçıvanlılar işğalçı və təzavüzkar Ermənistanın blokadasındasdır. Bu da Naxçıvan bölgəsi və Naxçıxan əhalisi üçün çətindən də çətin problem yaradır. Bu baxımdan, Bakı-Tblisi-Qars dəmiryolu xətti Naxçıvan bölgəsinin də blokadadan qurtulmasında mühüm rol oynaya bilər. Yəni, “Bakı-Tbilisi-Qars”ın Naxçıvana qədər uzadılması baş verə bilər ki, bu da Naxçıvan bölgəsinin və əhalisinin on illərdən sonra blokadadan qurtulmasına gətirib çıxarar. “Bakı-Tbilisi-Qars”ın Naxçıvana qədər uzadılması, birləşdirilməsi də sadəcə, xəyal, ehtimal və ya gəlişigözəl sözlər, quru ideya deyil, o, gələcəkdə reallaşacaq bir həqiqət, bir məsələdir. Həmin gün və həmin an da uzqda deyil. Bunu da  əslən naxçıvanlı olan bir şəxs və on illərdir bu bölgəni ölkə parlamentində təmsil edən bir millət vəkili kimi tam inamla və qətiyyətlə söyləyirəm. Hamımız çox yaxın illərdə həmin anı görəcək və birgə yaşayacağıq”-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.

qars-2

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Zahid Oruc “NÜMAYƏNDƏLİK İNSTİTU”NUN LƏĞVİNƏ QARŞI ÇIXDI…

Read Next

“Sevindirici məqam şəxsən İlham Əliyevin maneələrə baxmayaraq, bu nəhəng ideyanı gerçəkləşdirmək əzmidir” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir