Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrilən Azərbycanın paytaxtı Bakı yalnız əsrlərin və mədəniyyətlərin qovuşuğu deyil, həm də beynəlxalq forumların, konfransların keçirildiyi məkan kimi də tanınır.
Bunu Etikxeber.az-a açıqlamasında Parlamentlərarası İttifaqın (PA) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı olmuş millət vəkili Pərvin Kərimzadə deyib.
O, qeyd edib ki, dünyanın tanınmış siyasətçilərinin, elm xadimlərinin yer kürəsində ayrı-ayrılıqda hər bir şəxsə ünvanlanmış beynəlxalq səviyyəli çağırışları, tövsiyələri və müraciətləri Azərbaycanda həyata keçirilən mötəbər tədbirlərdə səsləndirilir.
“Bu dəfə də dünyanın 4 qitəsindən gənc siyasətçilərin Bakıda toplaşdığı Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında bəşəriyyətin mövcudluğunu, gələcəyini qorxu altına alan qlobal təhlükələrin həlli yolları araşdırıldı.
İki gün ərzində davam edən konfransda gələcək nəsillər üçün daha etibarlı, ədalətli və humanist bir dünya qurulması üçün ekoloji tarazlığa nail olmaq yolu ilə dayanıqlı və təhlükəsiz inkişafı təmin etmək üçün müzakirələr aparıldı, fikirlər, təcrübələr bölüşdürüldü.
Gənc parlamentarilər tərəfindən gələcək nəsillərin hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir kimi dünyamızla, gələcəyimizlə bağlı mühüm mesajlar verildi…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az