Bakıda 26, rayonlarda 27 dərəcə isti olacaq – NAZİRLİK

Bakı və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 15-18° isti, gündüz  21-26°, Bakıda gecə  15-17° isti, gündüz  24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutuldu

Read Next

Eskene-Kirik-Bakı neft kəmərinin inşası nəzərdə tutulur – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir