Bakıda 29 nəfərin yaralanmasına səbəb olan hadisə ilə bağlı tutulanlar var – YENİLƏNİB – (1)

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az xəbər verir ki, hadisə aeroport yolunda olub.

Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusunun azı 10 sərnişini xəsarət alıb.

Xəsarət alan şəxslər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

***

Səhiyyə Nazirliyi “Buta Palace” yaxınlığında sərnişin avtobusunun zibil daşıyan maşınla toqquşması nəticəsində xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə xəstəxanaya 27 müraciət daxil olub.

Bildirilir ki, müraciət edən 27 nəfərdən yeddisi xəstəxanada saxlanılıb. Onlardan dördü reanimasiya şöbəsindədir.

Həkimlərin verdiyi məlumata görə, reanimasiya şöbəsindəki xəstələrin vəziyyəti orta-ağır olaraq qalır.

qaza-12

***

Paytaxtın Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu birgə məlumat yayıb.

Aprelin 27-də Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü Rauf Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü Hüseyn Məmmədovun idarə etdiyi “Daewoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 29 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin R. Dadaşov və H. Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, eləcə də R. Dadaşovun yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində R. Dadaşov və H. Məmmədov aprelin 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindiriliblər.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Bədii gimnastika üzrə dünya kuboku turnirinə yekun vuruldu – FOTO

Read Next

İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izlədilər…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir