Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi məlumat yayıldı

Daxili ishler

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Etikxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 4-də saat 04 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakinləri Pircan Rzayev idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanan Əlikram Məlikova məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə P.Rzayev və sərnişinlərindən oğlu Sahib, eləcə də həmyerlisi, Elşad Qəhrəmanov hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür

Read Next

Selin Quba-İspik-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir