Bakıda Azərbaycan-İran biznes-forumu keçiriləcək

İran iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 27-də Bakıda Azərbaycan-İran biznes-forumu keçiriləcək. Tədbir Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan Etikxeber.az-a bildiriblər ki, biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin iştirakı gözlənilir.

Etikxeber.az

Read Previous

“Terraktların arxasında dayanan qüvvələr öz niyyətlərinə çata bilməyəcək” – QƏHRƏMAN

Read Next

“Daha nə qədər qadın, ana qətl edilməlidir ki, bu barədə “SOS” duyulsun?” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir