Bakıda bağda “ad günü” keçirən 5 nəfərin hər biri-200 MANAT CƏRİMƏLƏNDİ…-FOTO

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq “ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.  

Etikxeber.az-ın məlumatına görə, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar. 

Ümumilikdə 5  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onların hər biri 200 manat cərimə olunub.

Etikxeber.az

Read Previous

“DTX-nın “Məmmədyarov əməliyyatı”… Bir zamanlar müxalifətə yaxınlığı ilə seçilən Canəhmədovun oğlunun və gəlininin XİN-də yüksək vəzifə daşıması…Mediaya sızan xəbərlər…”-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Paytaxtda 36, bəzi bölgələrdə 38 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir