Bakıda daha bir-GÜCLÜ YANĞIN – NAZİR MÜAVİNİ YANĞIN YERİNƏ GƏLDİ – YANĞIN SÖNDÜRÜLDÜ -YENİLƏNİB – (6)

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

Etikxeber.az məlumat verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

Hazırda Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

Yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

21:07

***

Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

21:18

***

Məlumata görə, yanğın güclü olduğundan yaxınlıqdakı binalara keçmək ehtimalı var. 

21:23

***

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev Bakıda Sobsan boya fabrikinin yandığı əraziyə gəlib.

21:43

***

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadsı göndərilib.

22:18

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

Yanğın hələ də davam edir.

23:26

***

 Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da  yanğın baş verən əraziyə gəlib.

Həmçinin, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

00:20

***

Yanğın söndürülüb.

Ərazidə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılıb.

https://www.youtube.com/watch?time_continue=1&v=SL6TdQ5dp_Y&feature=emb_logo

Etikxeber.az

Read Previous

16 bölgədə iki həftəlik sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə-BAŞLANILDI

Read Next

“Nə qədər çətin olsa da, əsəblər nə qədər tarıma çəkilsə də…”-DEPUTATDAN ÖLKƏ VƏTƏNDAŞLARINA NÖVBƏTİ SƏSLƏNİŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir