Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Paytaxtın Nərimanov rayonu ərazisindəki Nəcəf Nərimanov küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işlərinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur.
Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi qurulur. Bundan başqa, aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir. Aparılan kompleks tədbirlər gələcəkdə yolun hərəkət hissəsinin qısa müddət ərzində sıradan çıxmasını sığortalamış olacaq.
Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Daha sonra küçənin 6 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 poqonmetr yeni səki daşları düzülüb.
Təmir işləri yekunlaşdıqdan sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yol-cizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Etikxeber.az