Bakıda gənc və həvəskar rəssamların sərgisi açılacaq

Dekabrın 15-də “Art Villa” qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılacaq.

Etikxeber.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən “Start” layihəsi çərçivəsində təşkil olunacaq. Sərgidə iştirak etmək istəyənlər əsərlərinistart@artscouncil.az elektron ünvanına göndərə bilərlər.

Layihənin məqsədi incəsənətin və müasir memarlığın təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

Qeyd edək ki, bundan əvvəl “Start” layihəsi çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi təşkil olunub.

Etikxeber.az

Read Previous

Azərbaycan nefti 51,64 dollara satılır

Read Next

Xəzərin hüquqi statusu ilə bağlı Zirvə görüşü Astanada keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir