Bakıda kafedə güclü partlayış: İki ölü, iki yaralı – YENİLƏNİB – (1)

Bakıda kafedə partlayış olub.

Etikxeber.az məlumat verir ki, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə mətbuata açıqlamasında bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb.

Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb.

Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

kafe

***

Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb.

İlkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.

Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) mayın 21-də günorta saatlarında paytaxtın Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsi – 304 ünvanındakı kafedə baş verən partlayışla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, ümumi sahəsi 25 kvadratmetr olan və çayxana kimi fəaliyyət göstərən tikilinin içərisindəki propan qaz balonunun partlaması nəticəsində obyekt yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan iki nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha iki nəfər – 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaşlı İbrahimova Şəkər Xosrov qızı yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıblar.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

30 min dollar və 100 min manatlıq qızıl-zinət əşyası oğurluğu – BAKIDA – FOTO

Read Next

NARKO-DEMOKRATİYA-QIZILGÜLDƏN ÇƏTƏNƏ KOLLARINA… – Deputat yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir