Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakıda qətl hadisəsi baş verib.
Etikxeber.az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan mətbuata verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.
E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.
Etikxeber.az