Bakıda leysan, bölgələrdə dolu yağacaq-SABAH

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometerologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bulud lu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Etikxeber.az

Read Previous

“Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib-MN – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir