Bakıda muğam musiqi axşamı təşkil olunacaq

Dekabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan Etikxeber.az-a bildirilib ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutacaq konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Konsertdə “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov və Nigar Şabanova tərəfindən muğam və təsniflərimiz səsləndiriləcək. İfaçıları Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edəcək.

Etikxeber.az

Read Previous

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Read Next

Gələn il keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisinə 3 min könüllü cəlb olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir