Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir – ZAHİD ORUC

“Kimlərsə əzəl yığacaq deyə, yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq…”.

Millət vəkili Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yeniləndirilməsinin, dəyişdirilməsinin tərəfdadır.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı təklifini parlamentin plenar iclasında dilə gətirən millət vəkili bildirib ki, xüsusilə, Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır:

zahiddd

“Biz artıq  Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə, Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə də yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn,qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır. Yəni, onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin, yeni tikilən binlarda idman zalları açılır. Kimlərsə əzəl yığacaq deyə, orada, yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır…

Read Next

Musa Quliyevin müəllifi olduğu qanun qəbul olundu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir