Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 12-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Satış yarmarkalarını Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.
Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil ediləcək:
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;
Xətai rayonu, “Nargilə” kafesinin yanı;
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı;
Yasamal rayonu, Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti.
Etikxeber.az