Bakıda restoranda toy etmək istəyən şəxslər-SAXLANILDI – VİDEO

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Mərasimin zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətirilib.

Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

Etikxeber.az

Read Previous

Polad Həşimov, İlqar Mirzəyev və İbad Hüseynov “Milli Qəhrəman” adına layiq görüldülər-ONLARLA HƏRBÇİMİZ, ƏSGƏRİMİZ, ŞƏHİDİMİZ “ZƏFƏR” VƏ “QARABAĞ”-LA TƏLTİFLƏNDİLƏR – SƏRƏNCAMLAR – YENİLƏNİB

Read Next

“Bu, onların haqqıdır…”- ELDƏNİZ SƏLİMOV – DEPUTATLAR ÖLKƏ PREZİDENTİNİN BUGÜNKÜ 3 SƏRƏNCAMINI YÜKSƏK VƏ MÜSBƏT QİYMƏTLƏNDİRDİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir