Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə-GÖRÜŞ KEÇİRİLDİ – YENİLƏNİB

Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç 2020-ci il 10-12 avqust tarixində Azərbaycan Respublikasına səfər edib.

Etikxeber.az xəbər verir ki, avqustun 11-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul edib.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb.

Dövlət başçılarımızın müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin, digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

11:40
***

“Bugünkü görüşdə ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik”.

Bunu görüşdən sonra Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç deyib.

“Biz əməkdaşlığımızın mərkəzində olan bütün məsələləri müzakirə etdik”– deyən serbiyalı nazir bildirib ki, görüşdə bütün münaqişələrin BMT prinsipləri əsasında və sülh yolu ilə həlli vurğulanıb:

“Düşünürəm ki, bu ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır”.

Etikxeber.az

Read Previous

“Şirkət rəhbərləri bunun nəyini uğur adlandırırlar?”-POLİTOLOQDAN ETİRAZ

Read Next

Əhmədiyyə Cəbrayılovun 100 illiyi-QEYD EDİLƏCƏK – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir