Bakıda və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub-FAKTİKİ HAVA AÇIQLANDI

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən, avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlmişdir.

Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olmuşdur.

Sinoptik şərait ilə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir.

Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

Etikxeber.az

Read Previous

Şəhid ailələri və Qazilərin iştirakı ilə-NOVXANIDA FİZİKİ MƏHDUDİYYƏTLİ UŞAQLARLA BAĞLI MARAQLI VƏ YADDAQALAN TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Keçmiş Xüsusi Təyinatlı, 8 medallı Qazi ölkə Prezidentinə müraciət etdi: “NORMAL İŞLƏ TƏMİN OLUNMAĞIMA KÖMƏKLİK GÖSTƏRİN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir