Bakıda və Abşeronda şimal-qərb küləyi saniyədə 30-35 metrədək şiddətlənib – NAZİRLİK

Yanvarın 17-si saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 30-35 metrədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, respublikanın əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcəyə bərabərdir.

Etikxeber.az

Read Previous

Millət vəkilləri qış tətilindən qayıtdı, komitə iclasları başladı…

Read Next

Dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb – QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir