Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olundu- BU GÜNDƏN

Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Yanvarın 25-dən isə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Etikxeber.az

Read Previous

Kənd camaatı özü Ağalıkənddə Şəhidlər üçün xatirə kompleksi inşa edir-BU HAQDA DEPUTAT MƏLUMAT VERDİ

Read Next

“Bu gün də mənim fəaliyyətimdə o bölgələrin – Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur: Bu, təsadüfi deyil, bu, təbiidir”-PREZİDENT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir