Bakıda və rayonlarda hava pisləşəcək, qar yağacaq, yollar buz bağlayacaq

Bakı və Abşeron yarımadasında fevralın 16-da gün ərzində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz  3-5° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764  mm civə sütunundan 771  mm civə sütununa yüksələcək.

Nisbi rütubət  80-90 % təşkil edəcək.

Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Gununsesi.info

 

Read Previous

Prezident şəhid Çingiz Qurbanovun ailəsinə Bakıda üçotaqlı ev verdi

Read Next

Xarici işlər naziri Münxendə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir