Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a bildirilib ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.
Yeni marşrut xətti üzrə avtobuslar sentyabrın 29-dan test rejimində fəaliyyət göstərəcək.
Etikxeber.az