Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib…

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a bildirilib ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.

Yeni marşrut xətti üzrə avtobuslar sentyabrın 29-dan test rejimində fəaliyyət göstərəcək.

Etikxeber.az

Read Previous

Növbəti illərdə əməkdaşlığımızı daha da artıracağıq – İLHAM ƏLİYEV – FOTOLAR- YENİLƏNİB

Read Next

Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir – PUTİN – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir