Bakıdakı küçələrdən birinə Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı verilib.
Etikxeber.az xəbər verir ki, bu haqda mətbuata açıqlamasında “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev göstəriş verib:
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla əlaqə saxladım. O bildirdi ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib və o, bununla bağlı göstəriş verib. E.Əzizovun əmri ilə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına bitişik küçəyə babamın adı verilib”.
O, buna görə ölkə başçısına təşəkkürünü də bildirib.
Etikxeber.az