Bakının deputatları Badamdar və Bayıl sürüşməsindən danışdılar…

RAUF ƏLİYEV: Texniki nəzarət olmadan, layihə təsdiqlənmədən heç bir tikinti işi aparılmamalıdır

Badamdarda, Bayılda sürüşmə hələ bir neçə il öncədən yaranmağa başlayıb. Yadımdadır ki,  o zaman vəziyyətin aradan qaldırılması üçün hansısa tədbirlər görüldü. Amma sonradan o tədbirlər davam etdirildi, etdirilmədi, indi bu haqda dəqiq bir söz deyə bilmərəm, amma şəxsi fikrimdir ki, sürüşməyə səbəb əsasən suyun, qurunt, kanalizasiya sularının davamlı axmasıdır. Yəni, müəyyən versiyalar var ki, kanalizasiya sistemi çox yararsız olub, bəzi hallarda isə heç olmayıb və nəticədə belə bir vəziyyət əmələ gəlib. Ancaq onu bilirəm ki, belə yerlərdə, seysmik cəhətdən təhlükəli olan ərazilərdə mütəmadi olaraq işlər aparılmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Bakını (Xəzər rayonunu) parlamentdə təmsil edən millət vəkillərindən biri Rauf Əliyev deyib.

“Bu gün yəqin ki, bu işlər aparılır və ya aparılması nəzərdə tutulur. Amma bütün hallarda bu məsələdə diqqətli və həssas olmaq lazımdır. Eyni zamanlarda, məlumatlarıma görə, artıq müəyyən tədbirlər planı da hazırlanıb. Yəni, Milli Elmlər Akademiyası, Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar bu planı bir yerdə hazırlayıblar və bildiyim qədəri  hətta, Yaponiyadan olan mütəxəssisləri də bu məsələyə cəlb ediblər”– deyən, millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, hər zaman çalışmaq lazımdır ki, bu cür problemlər ortaya çıxmasın, insanlar, vətəndaşlar, bütövlükdə dövlət narahatçılıqlarla üzləşməsin:

rauf_eliyev_esas_478

“Heç cür arxayınçılığa yol verilməməidir. Bu o demək deyil ki, sabah, birisi gün və ya bir-iki ildən sonra bu məsələlər, bu problemlər yenidən ortaya çıxmayacaq, təkrarlanmyacaq. Odur ki, indidən tədbirlər görülməlidir. Kanalizasiya çəkilməlidirsə, çəkilməlidir, yenilənməlidirsə, yenilənməlidir. quyular boşaldılmalıdrsa, boşaldılmalıdır,  nəzarət olmalıdırsa, olmalıdır. Adıçəkilən ərazilər seysmik zonadır və daim nəzarət altında saxlanmalıdır. Müxtəlif texnologiyalar var ki, sürşməsinin qaraşını ala bilər, onların tətbiqi lazımdır”. Bakının seysmik cəhətdən nisbətən uzaq olan  yerlərində, magistral yollarda, yeni mənzil tikilən ərazilərdə sürüşmələrin, çatların yaranmasına, uçqunların baş verməsinə gəlincə, millət vəkili bunun da ürəkaçan bir mənzərə olmadığını, hər kəsi narahat etdiyini söyləyib: “Mənim fikrimcə, hər bir tikintidən qabaq texniki nəzarət olmalıdır. Layihə təsdiqlənməlidir. Yadımdar hələ sovetlər dövründə belə bir sistem vardı ki tikinti ilə bağlı bütün tələblər-normativlər yerinə yetirilməlidir. Odur ki, adidiyyəti orqanlar indi də bu tələbləri yerinə yetirməli, ona riayət etməlidirlər. Məhz texniki nəzarətdən, tikinti ilə bağlı layihənin təsdiqindən sonra hər bir tikintiyə başlanılmalıdır. Bunlarsız olmamalıdır və buna əməl etməyənlər qanun qarşısında cavabdehlik daşımalıdırlar”.

bibis

Bakını (Qaradağ rayonunu) parlamentdə təmsil edən digər millət vəkili Aydın Hüseynov  da deyib ki, Badamdar qəsəbəsində baş verən sürüşmə hər kəsi narahat edir: “Eyni zamanda, burada bizləri rahatlaşdıran odur ki, Azərbaycan dövləti, dövlət rəhbərliyi, rəsmi və aidiyyəti strukturlar məsələyə həssas münasibət göstərir, yaranan və yarana biləcək problemlərin, fəsadların qarşısının alınması istiqamətində addımlar atırlar”.

aydin huseynov 2156564

Millət vəkili xatırladıb ki, istər Badamdarda, istər Bayıl ərazisində tez-tez müşahidə olunan sürüşmələr həm Bakının, həm də həmin ərazilərin coğrafi, geoloji quruluşu ilə bağlıdır:“Problemlərin kökü də buradan qaynaqlanır, yəni, həmin ərazilər sürüşməyə meyilli zonalardır. Ona görə də orada yaşayan insanların, əhalinin vəziyyəti nəzərə alınmalıdır. Daha doğrusu, həmin ərazilərdə əhalinin məskunlaşmasının qarşısı alınmalıdır.Bu günə kimi məskunlaşma olubsa, bundan sonra olmamalıdır, heç bir halda məskunlaşmaya icazə və imkan verilməməlidir. Çünki sonda bütün ağırlıq, məsuliyyət dövlətin üzərinə düşür, dövləti yükləmək olmaz. Ancaq inanıram ki, yaranmış vəziyyətlə bağlı tədbirlər görüləcək və narahatlıq aradan qalxacaq. Tədbirlər görülür. Azərbaycan dövlətinin diqqəti və iradəsi ortadadır”. 

“Bəs indiyə kimi orada məskunlaşmaya icazə verən qurum və şəxslərlə bağlı məsələ necə olacaq?” sualına cavabında isə millət vəkili bu haqda ətraflı bilgiyə malik olmadığı üçün ümumi sözlərlə kifayətlənə biləcəyini deyib:

“Bu haqda mən tam bilgiyə malik deyiləm, sadəcə, subyektiv fikirlərimi səsləndirə bilərəm. Yəni, orada məsələlərə kim cavabdehdir, kimlər icazələr verib, bu haqda  tam bilgim yoxdur. Amma arzum və gözləntim ondan ibarətdir ki, məsələ qısa zamanda yoluna qoyulsun və çox güman ki, belə olacaq. Çox gözləməli olmayacağıq. Bir sözlə, hər şey gözəl olacaq”. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Xarici casus həbs edildi – DTX-NIN ƏMƏLİYYATI – FOTO

Read Next

Teatrla bağlı qanuna hansı əlavə təklif olunur?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir