Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, GİZİR SÜBHAN ABDURƏHMANLININ BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 31 YAŞI TAMAM OLUR…

Bu gün Bakı şəhərinin Xətai rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sübhan Mahir oğlu Abdurəhmanlının doğum günüdür.

Sübhan Abdurəhmanlının bu gün 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Sübhan Abdurəhmanlı 1992-ci ilin 18 oktyabrında, Azərbaycanın ikinci müstəqilliyinin ilk ilinin tamamında-Bakının Xətai rayonunda anadan olub.

Evin-ailənin üç övladından, iki qardaşdan biri idi.

1999-cu ildə Bakının Xətai rayonunun “NZS” qəsəbəsində yerləşən 165 saylı tam orta məktəbə-birinci sinifə gedən Sübhan 2010-cu ildə həmin məktəbi bitirib.

Məktəbi bitirdikdən bir müddət sonra Vətənə xidmət borcunu yerinə yetirmək üçün Əsgərliyə gedib və hərbi xidmətini başa çatdıraraq, evinə-ailəsinə dönüb.

O, sonradan həyatını Ordu ilə, hərblə bağlayıb.

Peşəkar hərbçi-Gizir olub.

İkinci Qarabağ Savaşının ilk saniyəsindən döyüşlərə, müharibəyə atılıb, ən qaynar bölgələrdə vuruşub.

 Füzuli istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 2-də öz dostunu-döyüş yoldaşını neytral ərazidən çıxararkən snayperlə vurulub və Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini 4 gün neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub və oktyabrın 7-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şəhidliyin dən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin alınmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

28 yaşında Şəhidlik məqamına yüksələn Sübhan həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Allah ailəsinə, valideynlərinə səbr və dözüm versin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanın müstəqilliyini bərpa etməsindən-32 İL KEÇİR

Read Next

Bayden-İSRAİLDƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir