“Bakının “nəfəsi” daralır…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİB -(1)

Parlamentin növbədənkənar iclası dövlət himninin səslənməsi ilə işinə başladı

İyunun 12-də  Milli Məclisin (MM) növbədənkənar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki. iclasın gündəliyinə 23 məsələ daxil edilib.

Qanun layihələri arasında dəyişikliklər, ikinci və üçüncü oxunuşlarda olan sənədlər var.

İclas dövlət himninin səslənməsi ilə öz işinə start verib.

meclis-4

***

Hansı qanun layihələri bir, hasınları üç oxunuşdan keçiriləcək?

İclasda ilk olaraq  “Nörmativ hüquqi aktlar haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə qısaca olaraq, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O, qeyd edib ki, 75.1-ci maddəyə əsasən bundan sonra  “Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktda dəyişikliklərin edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir”.

Həmçinin,70.3-cü maddəyə görə “Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya  ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır”.

Qanun layihəsi 6 aydan sonra ikinci dəfə səsverməyə çıxarılaraq, qəbul olunub.

***

İctimai iştirakçılıq, formallıq, ekoloji problemlər, ətraf mühitin çirklənməsi və üfunət iyi…

Sonra “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“anun layihəsi barədə millət vəkili Kamran Nəbizadə məlumat verib.

Millət vəkili Fazil Mustafa qanun layihəsində ictimai iştirakçılığın nəzərdə tutulduğunu, ancaq onun formal xarakter daşıdığını, gələcəkdə də bunun mümkün olmayacağını söyləyib.

O, bildirib ki, ictimai iştirakçılıq o zaman işləyə bilər ki, dövlət ekspertizası ilə bağlı ictimai ekspertiza da mümkün olsun:

“Çünki dövlət ekspertizası dövlətin mənafeyindən hazırlana bilər. Ona görə də dövlət ekspertizası ilə yanaşı, ictimai ekspertiza da olmalıdır. Bu məsələdə formallıq olmamalıdır. Hansı ki, bir çox qurumlarda ictimai iştirakçılıq, İctimai Şuralar yaradılması nəzərdə tutulsa da, çoxları buna əməl etmədi. Bir çox dövlət qurumlarında İctimai Şuralar yaradılmadı. Bu baxımdan, əgər biz formallıqdan qurtarmaq istəyiriksə, ictimai ekspertizanı da qanuna salmalıyıq”.

VAHİDDD

Millət vəkili Vahid Əhmədov da ekspertiza məsələsinə toxunub və onun hazırlanması zamanı neqativ hallara yol verilə biləcəyi ehtimalından narahatlığını ifadə edib.

O, həmçinin, Azərbaycanın bir sıra bölgələrində, o cümlədən, Bakı şəhərində ekoloji problemlərin yarandığını bildirib və bununla bağlı ciddi addımların atılmasının vacibliyini söyləyib.

Millət vəkilinin sözlərinə görə, ekoloji problemlər həll olunmasa, gələcəkdə daha ciddi fəasdlar yaşanır.

musa-urud

Millət vəkili Musa Quliyev öz növbəsində ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə diqqət yönəldib:

“Xüsusilə də, Dənizkənarı Bulvarda təmizliyə ciddi yetirilməklidir. Bəzən elə üfunət iyi gəlir ki, adam həm iyrənir, həm də utanır. Çünki xaricdən gələn turistlərin sayı artmaqdadır və onların yanında biabır olmamaq üçün bu hallar aradan qaldırılmalıdır”. 

Millət vəkili Fəzail Ağamalı isə Bakının “nəfəsi”nin daraldığını, onun “yükləndiyini” bildirib:

“Bunlar ciddi məsələlərdir və vaxtında tədbirlər görülməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yaxşı qurtarmışıq, terrorçu-kamikadze də hazırlaya bilərdilər…” – VÜSALƏ MAHİRQIZI

Read Next

Rəsmi və xidməti pasportlara malik şəxslər viza tələbindən azad edilir … YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir