Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakının Səbail rayonunun İkinci Vətən Müharibəi Şəhidlərindən olan Cavidan Nizami oğlu İbrahimlinin Anım Gündür.
Cavidan İbrahimlinin Əbədiyyətə uğurlanmasından üç il ötür.
Etikxeber.az xəbər verir ki, əslən Şəmkirli olan Cavidan İbrahimli 2000-ci ilin martın 24-də Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gəlib…
Ailənin üç oğlan övladından biri olub…
2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub…
Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunan Cavidan həmin ayın 27-dən İkinci Vətən Müharibəsinə qatılıb…
Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabr ayının 21-də qəhrəmancasına Şəhid olub…
Və nəşi 4 gün sonra, oktyabrın 25-də Səbail rayonunun Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Eyni zamanda, övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli Cavidanın qırxına yaxın dünyasını dəyişib…
Cavidan həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





