Bakıya 10 milyon ayrıldı – SƏRƏNCAM

Ölkə başçısı İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Etikxeber.az

Read Previous

“Turistlər yaxınlaşır ki, harada normal qiymətə yemək yemək olar….” – DEPUTAT – TURİZMLƏ BAĞLI QANUN LAYİHƏSİNİN QƏBULUNUN VACİBLİYİ VURĞULANDI

Read Next

“Əmin olun ki, danışıqlar fayda verməsə…” – AMAŞOV QDİƏT PM-DƏN SƏSLƏNDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir