Bakıya gələn avtobusun aşması nəticəsində 11 Azərbaycan vətəndaşı xəsarət aldı

Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkətdə olan mikroavtobusun Kalmıkiya ərazisində qəzaya uğraması nəticəsində xəsarət alanların hamısı Azərbaycan vətəndaşıdır.

Etikxeber.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə RİA “Novosti”-yə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

“Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onların hamısı Komsomolski qəsəbəsində xəstəxanaya yerləşdirilib. Mikroavtobusda 17 nəfər olub, onlardan 9-u uşaqdır. Sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır”, – deyə Mərkəzdən bildiriblər.

Məlumatda o da qeyd olunub ki, xəsarət alanlar arasında ağır vəziyyətdə olan yoxdur.

Qəza zamanı yanğın baş verməyib, yolda avtomobillərin hərəkətinə maneə yaranmayıb.

Etikxeber.az

Read Previous

“Şəhidlər qürurumuzdur, fəxrimizdir, gənclərə örnəkdir” – DEPUTAT – FOTO

Read Next

Kadir Topbaşın kürəkəni yenidən “FETÖ”çü kimi həbs olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir