“Bal-E”-nin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb – MÜDAFİƏ NAZİRLİYİ

“Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə edilməsi niyyətimiz də olmayıb.

Bu barədə son günlər müxtəlif kütləvi informasiyalarda vasitələrində “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin ölkəmizə satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlarla əlaqədar Etikxeber.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, – deyə məlumatda qeyd olunub.

Etikxeber.az

Read Previous

Nazirlər və həmsədrlər yenidən bir arada…

Read Next

Sahibə Qafarova portuqaliyalı həmkarına qalib gəlidi və AŞPA məruzəçisi seçildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir