Balaca, ani qığılcım hər şeyi alt-üst edər…Heç kim heç kimdən artıq deyil…-KAMİL HƏMZƏOĞLUNUN YAZISI

İki-üç saat öncə balkondan ətrafı seyr edirdim…

“Jurdom”la üzbəüz həyət evlərində yaşayan vətəndaşların bir çoxu ətrafdakı polislərin ani olaraq görünməz olmasını görən kimi küçəyə axışdılar, tökülüşdülər…

Həqiqətən də, üzücü və dəhşətdir…

Sanki keçinin əcəli yetişəndə buynuzunu çobanın çomağına sürtən kimi, bəzi insanlarımız da zorla özlərini cərimələtmək və günün türyanında…minbir əzaba qatlaşan sıravi polislərlə qarşıdurmada maraqlı görünurlər…

Məni tanıyanlar bilir ki, heç zaman kimisə incitmək, lağ etmək, aşağılmaq, kiməsə ağıl öyrətmək kimi, niyyətim, xasiyyətim olmayıb, yoxdur…

Əksinə, məni sevməyənlərə…belə qəlbim sevgi və mərhəmətlə doludur…

Amma gördüklərim az qala məni də çilədən çıxmağa, mərhəmətdən, sevgidən vaz keçməyə məcbur edir…

Bilirəm, hamı yorulub, bezib, əsəblər tarıma çəkilib, kasıbçılıq, işsizlik, acgöz məmurların talançılığı, milyonları, milyardları havaya sovurması, harınlığı…insanları tükəndirib…

Bununla belə, həyat davam edir və hər kəs kimliyindən asılı olmayaraq, qaydalara əməl etməli, özünün də, başqalarının da həyatını risqə atmamağa çalışmalıdır…

Bugünkü (son günlərdəki) statistika çoxlarına dərs olmurmu? 7 və 8 iyun tarixlərində yaşananlar dərs, ibrət olmadımı?

Vallah, billah, balaca bir qığılcım…hər şeyi məhv, alt-üst edər…Heç kim də qabağını ala bilməz-nə yuxardakılar, nə aşağıdakılar, o cümlədən, xüsusilə, ağızlarına çullu dovşan sığmayanlar, hamıya ağıl öyrədən şüvənlər…

Odur ki, özünüzə gəlin, həm bəlanın, virusun nə bəla olduğunu anlayın, həm də ani qığılcımın, gərginliyin nələrlə sonuclana biləcəyini düşünün…

Heç kim heç kimdən artıq deyil…

Əgər bizlər evimizdə otururuqsa (mən zatən o qədər də gəzmək, dolaşmaq həvəskarı deyiləm, 4 aydır da səhhətimlə bağlı demək olar ki evə qapanmışam…), çətinliklərə, zorluqlara rəğmən, dözürüksə, həyatımıza davam ediriksə, sizlər də evinizdə oturun, yenə sükunətinizi gözləyin, həm özünüzün, həm də başqalarının həyatını təhlükəyə atmayın, ölkəni gərginliyə, alova sürükləməyin!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Uzun illər davam edən gərginlik və qarşıdurma səngidi…”-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

“O, hec zaman unudulmayacaq”-TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir