“Balaca bir insident də oldu…” – SAHİB ALIYEV AYDINLIQ GƏTİRDİ – FOTOLAR

Tərtərdə seçki kampaniyası çərçivəsində belə demək mümkünsə, el-el, ev-ev gəzərək ardıcıl görüşlər kerçirirəm. Yanvarın 21-də həm şəhərin özündə, həm də Qaraağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərində görüşlərimiz oldu. Mən indiyədək keçirilən görüşlərdən burada nə foto, nə də videomaterial paylaşmışam. Amma görürəm ki, Milli (millimi?) Şuraya və molla rejiminə bağlı bəziləri onlardan birindən- bu gün Mədəniyyət Mərkəzində keçən görüşdən təhrif olunmuş materiallar yayırlar.

Etikxeber.az xəbər verir ki, bunu iki dəfə Milli Məclisin (MM) üzvü olan və Tərtərdən 3-cü dəfə seçkilərə qatılan deputatlığa namizəd, politoloq Sahib Alıyev deyib.

O, qeyd edib ki, rayonun Mədəniyyət Mərkəzindəki görüşə xeyli sayda seçici toplaşmışdı və yetrəincə də maraqlı keçdi.

“Balaca bir insident də oldu. Qəribədir ki, mənim keçirdiyim görüşə Tərtərdən deputatlığa namizədliyini irəli sürən 3 nəfər də qatılmışdı. Çıxış da etdilər və hətta məni debata da çağırdılar. Debata bənzər bir dialoq da alındı. Nə ilə nəticələndiyini də oradakıların hamısı gördü. Onlardan ikisi vəkilim- Qarabağ savaşında bir qolunu itirmiş, bədənində onlarla qəlpə yarası olan “Azərbaycan Bayrağı” ordenli qazimiz İlham Mustafayevin (onun haqqında ayrıca yazacam) və mənim gətirdiyim arqumentlərlə tam iflasa uğradıqlarını duyub salonu yarımçıq tərk etdilər, digər bir namizəd- Ziya Mahmudovla isə qucaqlaşaraq ayrıldıq.

Orada olanları bütün detallarıyla yazıb vaxtınızı almaq istəmirəm, amma buradan məni özlərinə rəqib bilənlərin, yaxud da özlərini mənə rəqib bilənlərin hamısına bildirirəm ki, yer və vaxt müəyyənləşsin onlarla istənilən debata hazıram. O üç deputatlığa namizədə gəldikdə isə özəlliklə onlardan ikisinin- Ruxi Hüseynovla Şəhriyar Məmmədovun diqqətlərinə çatdırıram ki, etdikləri hərəkət yumşaq desək, etiklikdən uzaq olmaqla yanaşı, həm də qanunu pozmaqdı. Deputat olmaq istəyən adam gərək birinci özü qanunlara əməl etsin…”-deyə, S. Alıyev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Naxçıvan” və “Qoşadaş”-ın “LUKOIL”-lə birgə işlənilməsi barədə-QƏRAR – FOTOLAR

Read Next

“Məsələləri aidiyyatı qurumlar qarşısında qaldıracağam və…” – YAP-IN GƏNC NAMİZƏDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir