Balakən ərazisində daha bir zəlzələ qeydə alındı

Sentyabrın 7-dən 8-nə keçən gecə saat 01:29-da Zaqataladan 19 kilometr şimal-qərbdə, Balakən ərazisində daha bir zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Etikxeber.az-a bildiriblər ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-2 bala qədər hiss edilib.

Zəlzələnin maqnitudası 4,1 bal, dərinliyi isə 3 kilometr olub.

Etikxeber.az

Read Previous

İşıq cihazlarından düzgün istifadə etməyən sürücülər 30 manat məbləğində cərimələnəcək- DİN

Read Next

Küçədə 22 yaşlı gəncin meyiti tapıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir