“Balamın nəşinin tapılması üçün qurban demişdim…”-AİLƏNİN ALTI ÖVLADINDAN BİRİ, DSX-NIN GİZİR OLAN GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHİN TAĞIYEVİN ANASI SƏADƏT TAĞIYEVA – FOTOLAR – YENİLƏNİB

Qəhrəman Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən biri də dünən-3 iyul 2023-cü il tarixində Cənnətdəki üçüncü doğum günü, 23 yaşı tamam olan Dövlət Sərhəd Xidmətinin (DSX) Giziri-MAXE Şahin Rəhim oğlu Tağıyevdir…

Vətəni, Qarabağı uğrunda cəmi 20 yaşında canını fəda edən Vətən sevdalısı Şahin Rəhim oğlu…

Vətənini ailəsindən, anasından üstün tutan İgid, Qəhrəman, Vətən fədaisi Şahin Tağıyev…

Şahin 2020-ci ilin iyul ayının 3-də Goranboy rayonunun Qaradağlı kəndində, sadə bir ailədə dünyaya gəlib…

Anası Səadət xanım Qarabağlı-Ağdamlı, mərhum atası, 2014-ci ildə xəstəlikdən dünyasını dəyişən Rəhim kişi isə əslən Qərbi Azərbaycanlı olub…

1989-cu ildə Yevlax rayonunun Aran qəsəbəsində ailə həyatı quran Səadət və Rəhim Tağıyevlər bir il sonra, 1990-cu ildə Goranboyun Qaradağlı kəndinə köçüblər…

Qaradağlıda dünyaya gələn Şahin ailənin 6 övladından, 4 qardaşdan biri və evin sonbeşiyi olub…

2006-2017-ci illərdə M. Səfərov adına Qaradağlı kənd tam orta məktəbində təhsil alıb…

Təhsilini başa vurandan sonra, 2018-2020-ci illərdə DSX-nın sıralarında həqiqi hərbi xidmətdə qulluq edib…

Əsgərliyini başa vurduqdan sonra, 2020-ci ilin əvvəllərindən yenidən həyatını hərb ilə bağlayıb, DXS-nın Giziri-MAXE kimi fəaliyyətə başlayıb…

Və İkinci Vətən Müharibəsi zamanı DSX-nın Giziri kimi döyüşlərə atılıb…

Müxtəlif istiqamətlərdə döyüşüb və şərəfli döyüş yolu 13 gün çəkib…

Axırıncı dəfə isə oktyanrın 7-də anası ilə danışıb və deyib ki, “Yevlaxa gedirik…”…

Oktyabrın 7-dən sonra Onunla əlaqə saxlamaq mümkün olmayıb…

Və iki gün sonra, oktyabrın 9-da Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq bir neçə gün Onun nəşini tapmaq mümkün olmayıb, anası Səadət xanım övladının nəşinin tapılması üçün qurban deyib…

Və oktyabrın 19-da Şahinin nəşi tapılaraq, ailəsinə təhvil verilib…

Oktyabrın 20-də isə nəşi Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Hazırda ailəsin yaşadığı küçə Onun adını daşıyır…

Şahin həm də subay olub…

***

Bu gün, 4 iyul 2023-cü il tarixində Şəhidimizin Qaradağlıdakı ocağını, ailəsini-anası Səadət xanımı ziyarət etdim…

Ailəsinə Allahdan səbr və dözüm dilədim, “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Eyni zamanda, Şəhidimizin Cənnətdəki üçüncü doğum gününü təbrik etdim…

Şəhidimizin ailəsi, anası ilə söhbətləşdim, dərdləşdim…

Şəhid anasının dediklərindən:

“Şahinlə axırıncı dəfə oktyabrın 7-də danışdım, dedi ki, Yevlaxa gedirik…Amma sən demə, balam Yevlaxa yox, daha üzü yuxarıya, çətin yerə gedirmiş…Mən onun nəşinin tapılması üçün qurban demişdim…Demişdim ki, Şəhid olsun, nə qədər ağır olsa da, dözərəm, qəbul edərəm, amma təki düşmənə əsir düşməsin (kövrəlir, səsi titrəyir)…Allah da sanki mənim səsimi, diləyimi eşitdi, balamın nəşi tapıldı və dəfn olundu…Övladımla da Fəxr edirəm, Qürur duyuram…Fəxr edir, Qürur duyuram ki, Şahin kimi bir Oğulun anasıyam…”

Allah bir daha və bir daha səbrini versin, Şəhid ailəsinin, övladlarına həm ana, həm də ata olmuş Şəhid anasının-Səadət xanımın!

Böyük Yaradan bir daha və bir daha məkanını cənnətlik, məqamını Uca etsin, Şəhidimizin-Şəhid Şahin Tağıyevin!

Nurlar içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Atası Birinci Qarabağ Savaşı Qazisi, özü evin-ailənin tək-subay oğlu, həm də İkinci Vətən Müharibəsi iştirakçısı olan və müharibədən 4 ay, 20 yaşının tamamından isə 4 gün sonra-ŞƏHİD OLAN GORANBOYLU, QARADAĞLILI ƏLİ VAQİF OĞLU İSMAYILOV… – FOTOLAR

Read Next

2022-ci ilin sentyabr Şəhidlərindən olan Ümid Vüqar oğlu İmamquliyevin-AİLƏSİNİN ÖZ HESABINA TİKDİRDİYİ EVİN TİKİLİB-BAŞA ÇATDIRILMASINA KÖMƏK EDİLƏCƏKMİ, AİDİYYATI QURUMLAR NƏHAYƏT, ŞƏHİD AİLƏSİNİN DURUMU İLƏ YAXINDAN MARAQLANACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir