Balkanlarda Azərbaycanı müdafiə edən siyasətçi hədələnir

Balkankarda Azərbaycanı fəal müdafiə edən siyasətçi, Makedoniya Türk Hərəkatı Partiyasının rəhbəri,Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim və digər siyasətçilər hədələnirlər.

Etikxeber.az xəbər verir ki, bu barədə siyasətçinin dostu, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

Enes ibrahim bununla bağlı açıqlamasında məsələnin arxasında hansı səbəblərin durduğunu açıqlayıb:

“Keçən gün radikal irqçi qruplar dostumuzun maşınını yandırdılar. Hər gün bir siyasətçinin evinin qarşısında radikal-iqrçi qruplar yığışır. Hər gün təhdidlər alırıq. Nə üçün? Çünki Makedoniyada insan haqları qorunsun, ifadə azadlığı inkişaf etsin deyə mübarizə aparırıq. Qruplaşma yerinə, birgə yaşamaq mədəniyyətini inkişaf etdirilməsinə çalışırıq. Makedoniyada Gruevsksinin “əlaltısı” olan radikal-irqçi qruplar son hücumlarını edirlər. Biz ən ağır vəziyyətimizdə geri çəkilmədik, bundan sonra çəkilməyəcəyik. Makedoniya çox etnikli dövlətdir və bu təməli qoruyacağıq. Türklər haqq etdikləri vəziyyətə gələcəkdir. Təslim olmaq, yorulmaq yoxdur. Qorxmaq bizə görə deyil. Təhdidlərə qulaq ardına verib, yolumuza davam edəcəyik. İnandığımız dava uğrunda mübarizə davam edəcək”-deyə, siyasətçi bəyan edib.

Etikxeber.az

 

 

Read Previous

Türkiyə kimsənin gözünə, işarəsinə baxmır – ƏRDOĞANDAN NÖVBƏTİ ANONS – FOTO

Read Next

Nüfuzumuza xələl gətirməyə çalışanlar cəzalanacaqlar – MƏTBUAT ŞURASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir