“Bandotdel” Şəmkir polisi ilə birgə əməliyyat keçirdi – FOTOLAR

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  Etikxeber.az-a bildiriblər ki, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Onun yaşadığı evin zirzəmisinə baxış zammanı “Makarov” markalı tapança, lüləsi kəsilmiş ov tüfəngi və 4 patron aşkarlanaraq götürülüb. T.Hüseynov ifadəsində silah-sursatın ona tanışı, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. T.Hüseynovun və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

band

band-1

Etikxeber.az

Read Previous

“Mançester Siti”nin hücumçusu karyerasını Meksikada davam etdirəcək

Read Next

FIFA, UNESCO və BMT əməkdaşlıq müqaviləsi imzaladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir