Bank nəzarəti sahəsində tədbirlər planı müzakirə edildi

Bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, müzakirələr MBNP-nin sədri Rüfət Aslanlının maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib.

Həmçinin maliyyə sabitliyi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planının və maliyyə sabitliyinin təmin olunması istiqamətində qarşıda duran məqsədlərin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

“AzVirt” şirkətinin Serbiyada tikdiyi avtomobil yolunun açılışı olacaq – FOTOLAR

Read Next

Tsetska Tsaçeva ilə Rumen Radev ikinci turda yarışacaqlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir