Bank olmayan kredit təşkilatları attestasiyadan keçəcək – YENİLİK

Bank olmayan kredit təşkilatlarının (BOKT) inzbatçıları maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçəcək.

Etikxeber.az xəbər verir ki, bu, iyunun 14-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksni tapıb.

Qanun layihəsin əsasən, bu təynatlarla maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayacaqlar.

Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edəcək.

Qanun layihəsində həmçinin, bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziya almasına dair tələblər sərtləşdirilir.

Belə ki, qüvvədə olan qanuna əsasən, lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə təqdim edilməlidir. Təklif edilən dəyişikliyə əsasən, təsisçi hüquqi şəxs olduqda hüquqi şəxsin adı, ünvanı, son maliyyə ilini əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri həmin hüquqi şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarı, icra orqanının üzvlərinin siyahısı (təkbaşına olduqda, onun rəhbəri) və hər bir üzv tərəfindən imzalanmış vətəndaş qüsursuzluğuna dair ərizə təqdim edilməlidir. Layihəyə əsasən, təsisçi Azərbaycan hüdudlarından kənarda yaradılmış xarici hüquqi şəxs olduqda isə qeyd edilən sənədlərlə yanaşı, onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədin, nizamnamənin (əsasnamənin), sonuncu maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin, rəhbəri əcnəbi olduqda rezidenti olduğu ölkənin müvafiq icra hakimiyyəti orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın, şəxs xarici bank və ya BOKT olduqda əlavə olaraq bankın və ya BOKT-un bu ölkədə müvafiq fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda) təsdiqləyən arayışın leqallaşdırılmış və ya apostil surəti təqdim olunmalıdır.

Təsisçi fiziki şəxs olduqda onun soyadını, adını, atasının adını, vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədin surəti, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun payçısı və ya səhmdarı olduğu hüquqi şəxslər barədə məlumat, tərəfindən imzalanmış vətəndaş qüsursuzluğuna dair ərizə tələb olunacaq. Təsisçi əcnəbi fiziki şəxs olduqda həm də onun rezidenti olduğu ölkənin müvafiq icra hakimiyyəti orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın leqallaşdırılmış və ya apostili verilmiş surəti, bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və bank hesablarında çıxarışlar istəniləcək.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Türk serialları həm Avropada, həm Asiyada ciddi təsirə malikdir ki…” – HÜDA KAYA

Read Next

“Birlikdə etirazımızı bildirməliyik” – MƏLAHƏT İBRAHİMQIZI ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir