“Bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir…”-MM-İN KOMİTƏ SƏDRİ

Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi, eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib:

“Belə ki, qeyri-neft sənayesinin 14%, kənd təsərrüfatı istehsalının 7,3%, əhalinin real gəlirlərinin 4,7%, orta aylıq əmək haqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. 2019-cu ildə iqtisadiyyatın idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb, çevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılıb.

Bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əmək haqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçib, minimum pensiya təminatı 200 manata çatdırılıb, müavinət və əmək haqları isə artırılıb. Bu mühüm sosial paket 4,2 milyon insanı əhatə etməklə 2,3 mlrd vəsait hesabına yerinə yetirilib. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin imkanları hesabına yerinə yetirilib və inflyasiyanın proqnozlaşdırıldığından aşağı olmasına səbəb olub”.

T. Mirkişili əlavə edib ki, 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb:

“Bütün bunlarla yanaşı, bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək verib”.

Etikxeber.az

Read Previous

“Bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır…”-ZAHİD ORUC ELDAR MAHMUDOVUN MÜLKLƏRİ VƏ ƏMLAKLARINDAN SÖZ AÇDI…

Read Next

Prezidentdən Zərdabla bağlı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir