Bank sektorunun 2016-cı il üzrə icmal göstəriciləri açıqlandı

Bank sektorunun 2016-cı il üzrə icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Etikxeber.az-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 32 bankın 2016-cı il 31 dekabr tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil edib. Sektorun balans kapitalı 1,908.8 milyon manatdır. Əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir.

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, şöbələrinin sayı 131, ATM-lərin sayı 2461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.

2016-cı ilin 31 dekabr tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Etikxeber.az

Read Previous

Şəhid və şəhid atası olan Əməkdar artistin xatirəsi yad olundu – FOTO

Read Next

DİN və Baş Prokurorluq iki qətl hadisəsinin açılması ilə bağlı məlumat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir