Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir və artıq 3000-dən çox əmanətçiyə 100 milyon manata yaxın ödəniş edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Etikxeber.az-a verilən xəbərə görə, “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq kompensasiyaların verilməsi prosesi şənbə günü – oktyabrın 15-də saat 10:00-dan 15:00-a kimi davam edəcək.
Qorunan əmanətlər öz valyutasında ödənilir. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.
Kompensasiyaların ödənişi “Bank Standard” KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.
Etikxeber.az