“Banklar insanlara zülm edir” – MİLLƏT VƏKİLİ

Millət vəkili Əli Məsimli bildirir ki, banklar insanlara zülm edir.

Etikxeber.az xəbər verir ki, millət vəkili bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İtkilərə məruz qalmağımız barədə məlumatlar həqiqətə uyğun deyil” – MN

Read Next

AZAL başqa şirkətlərə də yol açsın ki, rəqabət olsun – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir