Bankların Müşahidə Şuralarının səlahiyyətləri artırılır

Banklardakı  Müşahidə Şuralarının səlahiyyətləri artırılır.

Etikxeber.az-ın xəbərinə görə,  bu barədə “Banklar haqqında” qanuna dəyişiklikləklər layihəsində nəzərdə tutulur.

Belə ki, qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən, Müşahidə Şurası Bankın Audit Komitəsinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Komitənin əsasnaməsini təsdiq etmək səlahiyyətinə də malik olacaq.

Qeyd edək ki, müvafiq qanun layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və payız sessiyasının plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçildi

Read Next

Bu gün parlamentin tarixində ilk yaşandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir