Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-29 aprel 2023-cü il tarixində, günorta saatlarında daha bir Şəhid ailəsini ziyarət etdik…
Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsi ilə bir araya gəldik…
Beyləqan rayonunun (həm də Bakının Xətai rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vətən sevdalısı Barat Nizami oğlu Quliyevin Bakı şəhərinin Suraxanın rayonunun Hövsan qəsəbəsində yaşayan anası Nazilə Rəhim qızı Quliyevaya baş çəkdik…
Bu yerdə onu da qeyd edim ki, Şəhidimizin anası ilə aylar öncə-hazırda yaşadıqları Hövsan qəsəbəsində, Şəhidlik Haqqı hələ də tanımayan Qubalı Aydın Həzrətovun Cənnətdəki ilk doğum günündə tanış olmuş, bir araya gəlmişdik…
Nazilə xanımla qısaca da olsa, söhbətləşmiş, dərdləşmişdik…
Və bu gün Goranboylu Qazimiz, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı Vüqar Yusibov və Hövsan qəsəbəsində (sosial evlərdə) yaşayan Saatlılı Şəhidimiz Səxavət Talıbzadənin anası Həmayə Talıbova ilə birlikdə Barat Quliyev anası Nazilə xanımı və tək, iki övlad anası olan bacısı Aynur xanımı xanımı ziyarət etdik…
Onlara Allahdan səbr dilədik, “Şəhidimizin məqamı Uca, məkanı cənnətlik olsun!”-dedik…
Şəhidimizin, cəmi Şəhidlərimizin ruhu-ruhları qarşısında baş əydiyimizi, bir ömür boyu Vətən yolunda canından və sağlamlığından keçən İgidlərimizə, Vətən Fədailərimizə borclu olduğumuzu bildirdik…
Və onlara olan borcumuzu da heç zaman ödəyə bilməyəcəyimizi sözlərimizə əlavə etdik…
Bəli, Barat Quliyev də daxil olmaqla, cəmi Şəhidlərimizə, onları yetişdirən Qəhrəman ailələrə ömür boyu borcluyuq və borclu olaraq qalacağıq…
Onlara olan borcumuz bitməyəcək və tükənməyəcək!
Ziyarət zamanı Şəhidimizin anası və bacısı ilə söhbətləşdik, birlikdə Barat Quliyevin qısa, lakin şərəfli ömür, həyat, hərb və döyüş yoluna nəzər saldıq…
Kövrəldik, təsirləndik, duyğulandıq və təbii ki, Qürurlandıq, Fəxr etdik…
Və ziyarətimiz zamanı Şəhidimizin anası Nazilə xanıma “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…
Onu da qeyd edim ki, Barat Quliyev 1991-ci ilin 22 dekabr tarixində, qış fəslinin ilk günündə-Beyləqan rayonunda dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Həm də evin-ailənin sonbeşiyi idi…
Beyləqan şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra, 2010-cu ildə Əsgərliyə, Vətənin keşiyinə yollanıb…
Və 2012-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra evinə, ailəsinə dönüb…
Amma sonra, 2014-cü ildən həyatını yenidən Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…
İkinci Vətən Müharibəsinin ilk saiyələrindən də döyüşlərə atılıb…
Və müharibənin ilk günlərində, sentyabrın 28-dən 29-na keçən gecə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Elə axırıncı dəfə də Şəhidliyindən saatlar öncə ailə üzvləri-bacısı və anası ilə danışıb…
Ancaq Baratın nəşi 13 gün sonra, oktyabrın 11-də ailəsinə təhvil verilib və həmn gün Beyləqan rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Hazırda Beyləqan rayonunda adını daşıyan küçə var…
29 yaşında Şəhidlik məqamına ucalan Barat Quliyev həm də subay olub…
Dərgahı mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az