Barat Nuriyev qarət edildi

Bakıda sabiq məmurun avtomobili qarət edilib.

Etikxeber.az-ın APA-ya istindən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini Barat Nuriyevə məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 300 manat və 300 türk lirəsi oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakini Aqil Camalov tutulub.

Onun daha 2 paytaxt sakininə məxsus avtomobillərdən pul və noutbuk oğurlaması da müəyyənləşib.

APA-nın əldə etdiyi məlumata görə, B. Nuriyev Dövlət Əmlak Komitəsi sədrinin keçmiş müavinidir.

Etikxeber.az

Read Previous

FHN Opera və Balet Teatrının binasında yanğına qarşı taktiki-xüsusi təlim keçirir

Read Next

Putin Rusiya və Ermənistan qoşunlarını birləşdirdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir