“Barboskinlərin yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim olunacaq

Dekabrın 25-də Bakıda “Barboskinlərin yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim olunacaq.

Etikxeber.az xəbər verir ki, Heydər Əliyev Sarayında balacalar üçün nümayiş etdiriləcək səhnə əsərində rəqslər və mahnılardan istifadə olunmaqla yanaşı, maraqlı musiqili şou da göstəriləcək. Tamaşa “Barboskinlərdə Yeni il” və “Barboskinlər kiber məkanda” kimi hit səhnə əsərlərinin rejissorlarının quruluşunda nümayiş olunacaq.

Tamaşada sirk artistləri və uşaqların sevimli personajları olan “Barboskinlər” iştirak edəcək. Nağılın orijinal süjeti nümayiş olunacaq şounu müxtəlif ölkələr üzrə virtual səyahətlər karnavalına çevirəcək.

Qeyd edək ki, tamaşada iştirak etmək istəyənlər http://iticket.az ünvanına müraciət edə bilərlər.

Etikxeber.az

Read Previous

Çebanu bu dəfə bürünc qazandı – YENİLƏNİB

Read Next

Çavuşoğlu: Bayram günlərində belə bu alçaqlar terrora davam edirlər- VİDEO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir