“Barsa” bu mövsümdə üçüncü məğlubiyyətə uğradı…

Yanvarın 25-də İspaniya La Liqasının 21-ci turu çərçivəsində turnir cədvəlinin liderlərindən biri olan “Barselona” səfərdə “Valensiya” klubunun qonağı olub.

Etikxeber.az xəbər verir ki, maraq doğuran qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci topu “Barselona”nın müdafiəçisi Jordi Alba öz qapısına vurub. İkinci qola “Valensiya”nın hücumçusu Maksi Qomez imza atıb.

Bu, Kataloniya təmsilçisinin cari mövsümdə üçüncü məğlubiyyətidir.

Turnir cədvəlində “Barselona” ilə birinci-ikinci yerləri bölüşən “Real Madrid” yanvarın 26-da səfərdə “Real Valladolid” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, hazırda hər iki komandanın hesabında 43 xal var.

Etikxeber.az

Read Previous

Kamilə Əliyeva bu dəfə kimlərlə-GÖRÜŞDÜ, NƏDƏN DANIŞDI? – FOTOLAR

Read Next

Sahibə Qafarova yenə-SEÇİCİLƏRİNİN ARASINDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir