“Barsa” matçlarının telekanallarda göstərilməsi hüquqlarının satışından 146,2 milyon qazandı

Futbol üzrə İspaniya çempionatının matçlarının telekanallarda göstərilməsi hüquqlarının satışından bu ölkənin futbol klublarının gəlirləri məlum olub.

Etikxeber.az xəbər verir ki, La Liqada matçların translyasiya hüquqlarının satışından əldə edilmiş gəlirlərə görə birinci yeri “Barselona” tutub. Bu klub telekanallardan 146,2 milyon avro alıb. Madridin “Real” komandası kataloniyalı rəqibindən bir qədər geri qalaraq 140,1 milyon avro qazanıb. Liderlər üçlüyünü qapayan “Atletiko”nun qazancı isə 99,2 milyon avroya bərabər olub.

2017-ci il ərzində La Liqada çıxış edən bütün komandaların oyunlarının telekanallarda göstərilməsi hüquqlarının satışından əldə edilmiş gəlirin ümumi məbləği 1246,7 milyon avroya bərabər olub.

Etikxeber.az

Read Previous

Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev AŞPA-dan getdilər…

Read Next

“Mario Rafaellidən bu yana dəyşən heç nə yoxdur…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir